Pressa.az » Ölkə » Azərbaycan Prezidenti: İtaliya ilə ticarət dövriyyəsi 15 milyard dolları ötüb

Azərbaycan Prezidenti: İtaliya ilə ticarət dövriyyəsi 15 milyard dolları ötüb

26 iyun 2024, Çərşənbə, 13:41
Azərbaycan Prezidenti: İtaliya ilə ticarət dövriyyəsi 15 milyard dolları ötüb

Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 15 milyard dolları ötüb.

Liderxeber.az-ın məlumatına görə, bunu Bakıda İtaliyanın müdafiə naziri Quido Krosettonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan ilə İtaliya bir çox sahələrdə strateji tərəfdaş kimi fəaliyyət göstərir. O vurğulayıb ki, Avropa məkanında Azərbaycanın ticarət əlaqələrinin böyük hissəsi İtaliyanın payına düşür.

Dövlət başçısı bir çox İtaliya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini və bir sıra layihələrdə iştirakını məmnunluqla qeyd edib.