Biz Xəzəri qorumalıyıq
Xəzər dənizindəki problemin həlli istiqamətində bir sıra layihələr həyata keçirilib. Lakin görüləcək işlər çoxdur.
Liderxeber.az xəbər verir ki, bu fikirləri BMT Baş katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevlə birgə keçirdiyi brifinqdə deyib.
“Bu mənada əsas yük beş Xəzəryanı ölkənin üzərinə düşür ki, onlar birgə səylər göstərməlidirlər. Mən bu gün cənab nazirlə müzakirəmdə də bunu xüsusilə qeyd etdim. Biz dünyanın ən böyük gölünü qorumalıyıq. İqlim dəyişikliyi yağışın və qarın həcminə təsir edir. Biz bu istiqamətdə müzakirələrimizi mütləq formada davam etdirməli və sürətləndirməliyik”, - o əlavə edib.
Oxşar Xəbərlər:
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
04 iyun 2024, Çərşənbə axşamı
Prezident İlham Əliyev 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib