Pressa.az » Ölkə » Azərbaycan yeməklərinin reyestri hazırlanacaq

Azərbaycan yeməklərinin reyestri hazırlanacaq

10 mart 2023, Cümə, 13:00
Azərbaycan yeməklərinin reyestri hazırlanacaq

Azərbaycan yeməklərinin reyestri hazırlanacaq.

Liderxəbər xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Kulinariya Mərkəzinin baş direktoru Orxan Fikrətoğlu deyib.

O qeyd edib ki, artıq bu istiqamətdə müvafiq işlər aparılır: “Bu vaxta qədər Azərbaycan yeməklərinin tam siyahısı və sənədləri yox idi. Həmçinin bir aya Milli Kulinariya Mərkəzinin saytı da fəaliyyətə başlayacaq. Ümumiyyətlə, Milli Kulinariya Mərkəzinin yeni formatda təqdimatını düşünürük. Bu təqdimat elmi-tədqiqi metodoloji mərkəzə çevrilməkdir. Assosiasiyalarda birləşən aşpazlar assosiasiyalar vasitəsilə idarə olunacaqlar. Bizim vəzifəmiz isə milli kulinariya sahəsini Milli Elmlər Akademiyasının bir şöbəsinə çevirməkdir. Proqnozlar vermək, təhlillər aparmaq, qida təhlükəsizliyi sahəsində proqnozlar hazırlamaq və s. Tamamilə yeni yanaşma ilə qida mühəndislərini formalaşdırmaq, milli irsimizi dünyada təbliğ etmək və dünyadakı yenilikləri ölkəmizə gətirməkdir”.