Pressa.az » Ölkə » Hava yenə dəyişir - Yağış, şimşək, dolu...

Hava yenə dəyişir - Yağış, şimşək, dolu...

28 iyun 2024, Cümə, 17:28
Hava yenə dəyişir - Yağış, şimşək, dolu...

İyunun 29-dan iyulun 1-i axşamadək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Liderxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya İdarəsindən bildirilib.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara) yağıntıların intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.