Pressa.az » Ölkə » Azərbaycan səfiri etimadnaməsini Konqo Respublikasının Prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Konqo Respublikasının Prezidentinə təqdim edib

02 iyul 2024, Çərşənbə axşamı, 18:00
Azərbaycan səfiri etimadnaməsini Konqo Respublikasının Prezidentinə təqdim edib

Azərbaycan Respublikasının Keniya Respublikasındakı Səfirliyindən verilmiş məlumata əsasən, 2 iyul 2024-cü ildə Azərbaycan Respublikasının iqamətgahı Nayrobi şəhərində olmaqla Konqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev etimadnaməsini bu ölkənin Prezidenti cənab Deni Sassu-Nqessoya təqdim edib.

Bu barədə Liderxeber.az-a Azərbaycan Respublikasının Keniya Respublikasındakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso, salamlarını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırmağı xahiş edib. O, səfirə yeni fəaliyyətində uğurlar arzulayıb.

Səfir öz növbəsində, Azərbaycan Prezidentinin Konqo Prezidentinə və xalqına salamlarını və xoş arzularını çatdırıb. Ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Konqo Prezidenti bu ilin aprel ayında Azərbaycana səfərini və Azərbaycan Prezidenti ilə keçirdiyi görüşü yüksək təəssüratla xatırlayaraq ölkələrimiz arasında mövcud olan dostluq, həmrəylik və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində dinamik işbirliyindən məmnuniyyətini diqqətə çatdırıb.

Səfir bildirib ki, Azərbaycan Respublikası 2-5 iyul 2024-cü ildə Brazzavil şəhərində keçirilən Meşələrin Qorunması üzrə Birinci Beynəlxalq Konfransda ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti cənab Muxtar Babayevin başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunur. O, Prezident cənab İlham Əliyevin konfransın gələcək nəsillər üçün planetimizin meşə örtüyünün mühafizəsi və artırılması məsələlərinin həlli yollarını tapmaq, ekoloji təmiz və dayanıqlı gələcəyə nail olmaq məqsədlərinə töhfə verəcəyinə inamını çatdırıb.

Həmçinin, məlumat verilib ki, Azərbaycan COP29-un ev sahibi olmaqla bərabər, 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına (WUF13) və Ümumdünya Ətraf Mühit Gününə (WED2026) də ev sahibliyi edəcəkdir.