Pressa.az » Ölkə » İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin olunub

İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin olunub

05 iyul 2024, Cümə, 10:16
İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin olunub

İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının qərarı ilə Vüsal Məsiyev qurumun icraçı direktoru vəzifəsinə təyin olunub.

Liderxeber.az xəbər verir ki, o, bu vəzifədə Rəşad Əhmədovu əvəz edib.

V.Məsiyev vaxtilə İSB-nin Baş İnformasiya Meneceri vəzifəsində çalışıb, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (DOST) məxsus "DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi" MMC-də direktor müavini, Dövlət Məşgulluq Xidmətində İdarə Heyəti sədrinin müşaviri, "Sybernet" MMC-də Texniki direktor işləyib.