Azərbaycanın COP29-a ev sahibliyi etməsinə görə qurur duyuruq - Türkiyənin Vitse-prezidenti
Azərbaycanın COP29-a ev sahibliyi etməsinə görə qurur duyuruq.
Liderxeber.az xəbər verir ki, bunu Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Türkiyə Respublikasının Vitse-prezidenti Cövdət Yılmaz bildirib
Cövdət Yılmaz qeyd edib ki, Azərbaycanın COP29 çərçivəsində TDT-nin də bir tədbirinin keçirilməsi ilə bağlı təşəbbüsünü dəstəkləyirlər: “Şimali Kipr Türk Cümhuriyyətinə TDT müşahidəçi statusunun verilməsini də yüksək qiymətləndirirəm. Bu gün Ersin Tatarı aramızda görməkdən məmnunuq, Azərbaycan Prezidentinə həssas yanaşmasına görə təşəkkür edirik. Ersin Tatarın növbəti Bişkek sammitinə qatılmasını da arzu edirik”.