Pressa.az » Ölkə » Prezident ARDNF-in 2024-cü il büdcəsinə dəyişiklikləri təsdiqləyib

Prezident ARDNF-in 2024-cü il büdcəsinə dəyişiklikləri təsdiqləyib

08 iyul 2024, Bazar ertəsi, 11:31
Prezident ARDNF-in 2024-cü il büdcəsinə dəyişiklikləri təsdiqləyib

Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il büdcəsi haqqında 27 dekabr 2023-cü il tarixli fərmanında dəyişiklik edib.

Liderxeber.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Fondun büdcə gəlirləri üzrə proqnoz 2 milyard 36 milyon manat və yaxud 16,9 % artırılaraq 14 milyard 109,2 milyon manata, büdcə xərcləri ilə bağlı proqnoz isə 4,7 milyon manat və yaxud cüzi artırılaraq 12 milyard 904,9 milyon manata çatdırılıb.

Gəlirlərdəki artımı Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlir üzrə proqnozun 2 milyard 51,4 milyon manat və yaxud 25,2 % artırılaraq 8 milyard 146,2 milyon manatdan 10 milyard 197,6 milyon manata, neft-qaz sazişlərinin imzalanması və yaxud icrası ilə bağlı sərmayəçilərin ödədiyi bonuslar üzrə proqnozun 8,6 milyon manat və yaxud 1,1 % artırılaraq 767,3 milyon manatdan 775,9 milyon manata çatdırılması, eləcə də neft-qazın ölkə ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər üzrə proqnozun 24 milyon manat və yaxud 142 dəfə azaldılaraq 24,2 milyon manatdan 0,2 milyon manata endirilməsi təmin edəcək.