Pressa.az » Ölkə » Şöbə müdiri: "Çindən Azərbaycana gələn turistlərin sayı 135 % artıb"

Şöbə müdiri: "Çindən Azərbaycana gələn turistlərin sayı 135 % artıb"

08 iyul 2024, Bazar ertəsi, 12:24
Şöbə müdiri: "Çindən Azərbaycana gələn turistlərin sayı 135 % artıb"

Bu ilin yanvar-iyun aylarında Çindən Azərbaycana 16 min 609 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 135 % artım deməkdir.

Liderxeber.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov Bakıda "Şanxay Əməkdaşlıq Təşkilatı Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi" mövzusunda keçirilən konfransda bildirib.

O qeyd edib ki, Azərbaycan Uzaq Şərq ilə turizm sahəsində əməkdaşlığa önəm verir: "Çin vətəndaşlarına birtərəfli qaydada bir il müddətinə vizasız rejim tətbiq edilməsi də bu sahədə əməkdaşlığın inkişafına böyük dəstəkdir. İki ölkə arasında turizmin inkişafına töhfə verməyə hər zaman hazırıq. Bu istiqamətdə təşkil olunan sərgilərdə aktiv iştirakımızı bundan sonra da davam etdirəcəyik. Həmçinin hava əlaqəsinin də inkişafı üçün səylərimiz davamlı olacaq".