Adil Əliyev icra başçısı təyin edildi
Azərbaycan Prezidenti İlham Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edib.
Liderxeber.az xəbər verir ki, dövlət başçısının Sərəncamı ilə Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
55 yaşlı Adil Əliyev parlamentin III, IV, V və VI çağırış deputatı və sonuncu çağırış Milli Məclisin sədr müavini olub. O, eyni zamanda Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.
Qeyd edək ki, Suraxanının əvvəlki icra başçısı Əziz Əzizov Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
24 iyun 2024, Bazar ertəsi
Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı