Mikayıl Cabbarovdan Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması ilə bağlı paylaşım
"Dövlət başçısının Fərmanı ilə Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması biznes subyektləri üçün azad rəqabət mühitinin təkmilləşdirilməsinə, ictimai iştirakçılığa və istehlakçı hüquqlarının qorunmasına mühüm töhfə verəcək".
Liderxeber.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşım edib:
"Ölkə iqtisadiyyatında innovasiyaların tətbiqi şəffaflaşmanı və rəqəmsallaşmanı artırmaqla dayanıqlı iqtisadi inkişafı stimullaşdırır".