Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə səlahiyyət verilib
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi barədə müsbət rəy alınmadan dövlət informasiya ehtiyatları və sistemləri vasitəsilə elektron xidmətlərin göstərilməsinə yol verilməyəcək.
Liderxeber.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Həmçinin elektron xidmətlər göstərən dövlət informasiya ehtiyatlarını və sistemlərini Dövlət Xidməti təhlükəsizlik meyarları üzrə monitorinq etməli, mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etməli və ildə bir dəfədən az olmayaraq təhlükəsizlik üzrə audit aparmalıdır.
Oxşar Xəbərlər:
17 aprel 2023, Bazar ertəsi
Milli Məclisin aprelin 11-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
13 iyun 2023, Çərşənbə axşamı
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb