Pressa.az » Ölkə » AZAL Füzuliyə uçuşlara BAŞLAYIR

AZAL Füzuliyə uçuşlara BAŞLAYIR

17 iyul 2024, Çərşənbə, 17:02
AZAL Füzuliyə uçuşlara BAŞLAYIR

Bu gündən "Azərbaycan Hava Yolları" QSC Bakıdan Füzuliyə müntəzəm reyslərin həyata keçirilməsinə başlayır.

Liderxeber.az AZAL-a istinadən xəbər verir ki, uçuşlar çərşənbə və şənbə günləri Heydər Əliyev Beynəlxalq Aeroportu, Terminal 2-dən həyata keçiriləcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən biletlərin qiyməti bir tərəfə 78 manat təyin edilib. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir.