Pressa.az » Ölkə » Azərbaycanda internet bahalaşacaq

Azərbaycanda internet bahalaşacaq

18 iyul 2024, Cümə axşamı, 10:07
Azərbaycanda internet bahalaşacaq

Azərbaycanda internetin sürəti ilə yanaşı qiyməti də artacaq.

Liderxeber.az xəbər verir ki, bunu İT üzrə mütəxəssis Elvin Abbasov özünün "Facebook" səhifəsində yazıb.

Məlumata görə, İyulun 12-də özəl provayderlər, 17 iyulda isə dövlət provayderləri bu barədə məlumat yayıblar.

“Məsələyə ilk növbədə istehlakçının perspektivi baxımdan yanaşmağın tərəfdarıyam. İstehlakçı fakt qarşısında qalmamalıdır. Provayderlər vacib məlumatları yalnız öz saytlarında və qəzetlərdə yerləşdirməklə kifayətlənməməli, daha geniş formada yayımlamalıdırlar. Təəssüf ki, nə özəl, nə də dövlət provayderləri bunu etməyiblər”.