Pressa.az » Ölkə » Azərbaycandakı taxıl sahələrinin 90 %-də biçin yekunlaşıb

Azərbaycandakı taxıl sahələrinin 90 %-də biçin yekunlaşıb

22 iyul 2024, Bazar ertəsi, 13:18
Azərbaycandakı taxıl sahələrinin 90 %-də biçin yekunlaşıb

Azərbaycandakı payızlıq taxıl sahələrinin 90 %-də biçin prosesi başa çatıb.

Liderxeber.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, mexanizatorlar 907 845 hektar sahədə biçin aparıb, sahələrdən ümumilikdə 2 795 112 ton məhsul yığıb.

Hazırda taxıl üzrə orta məhsuldarlıq 30,8 sentner təşkil edir.

Ölkə üzrə arpa əkini sahələrinin 96,9 %-də, buğda sahələrinin 84,5 %-də biçin başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 29,3 sentner, buğda üzrə orta məhsuldarlıq isə 32 sentner təşkil edir.

İyulun 21-də biçin prosesinə 575 kombayn cəlb olunub, bunlardan 204 kombayn “Aqroservis” ASC-nin, 371 kombayn isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. İyulun 21-də kombaynlar vasitəsilə 6 211 hektar ərazidə biçin aparılıb.

2024-cü il taxıl biçini mövsümündə taxıl üzrə ən yüksək məhsuldarlıq Hacıqabul rayonunda qeydə alınıb. Rayonda buğda üzrə orta məhsuldarlıq 55 sent/ha, arpa üzrə orta məhsuldarlıq isə 47 sent/ha təşkil edib.