Pressa.az » Ölkə » Azərbaycanda 230 milyon manatdan çox ipoteka krediti verilib

Azərbaycanda 230 milyon manatdan çox ipoteka krediti verilib

23 iyul 2024, Çərşənbə axşamı, 12:16
Azərbaycanda 230 milyon manatdan çox ipoteka krediti verilib

Bu ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 230,3 milyon manat kredit verilib.

Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 7,8% azalaraq 195,2 milyon manat olub.

Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 2,1 dəfə artaraq 300 milyon manat olub, 1 il bundan əvvəl olduğu kimi Fonda dövlət büdcəsindən 43,8 milyon manat vəsait ayrılıb.