Pressa.az » Ölkə » Aptek rəhbərlərinə xəbərdarlıq edildi

Aptek rəhbərlərinə xəbərdarlıq edildi

23 iyul 2024, Çərşənbə axşamı, 17:39
Aptek rəhbərlərinə xəbərdarlıq edildi

2024-cü ilin yanvar-iyun ayları ərzində ümumilikdə 154 aptekdə yoxlama keçirilib.

Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, aparılan yoxlamalar zamanı xüsusi təyinatlı qida məhsulları (uşaq qidaları, diyetik qidalar və digər), təbii mineral sular və bioloji aktiv qida məhsullarının satışı həyata keçirilən apteklərdə bir sıra uyğunsuzluqlar aşkar edilib:

- 102 aptekdə sanitar norma və qaydalara əməl edilməməsi;

- 3 aptekin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi;

- 4 aptekdə ümumilikdə 5 adda 18 məhsulun idxal sağlamlıq aktının mövcud olmaması;

- 5 aptekdə ümumilikdə 8 adda 44 məhsulun üzərində müalicəvi xüsusiyyətlərə malik olması barədə məlumatların əks olunması;

- 9 aptekdə ümumilikdə 15 adda 32 məhsulun üzərində Azərbaycan dilində məlumatların əks olunmaması;