Pressa.az » Ölkə » DİN-də yeni idarə rəisi - Təyinatı

DİN-də yeni idarə rəisi - Təyinatı

23 iyul 2024, Çərşənbə axşamı, 17:58
DİN-də yeni idarə rəisi - Təyinatı

Daxili İşlər Nazirliyinin Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinə yeni rəis təyin edilib.

Liderxeber.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polkovnik-leytenant Elçin Xasiyev təyin olunub. E.Xasiyev bu təyinata qədər Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi vəzifəsini icra edib.

Qeyd edək ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev bir müddət əvvəl təqaüdə göndərilib.

Bununla bağlı ilk məlumatı Bizim.Media saytı yayıb.