Yolun hərəkət hissəsinin ikinci və sonrakı cərgələrində dayanan avtomobillər cərimələnəcək
Nəqliyyat sıxlığının azaldılması məqsədilə nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə cərimə nəzərdə tutulub.
Bu barədə Liderxeber.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Cərimənin məbləği 80 manat müəyyən edilib. Bundan əlavə, həmin səbəbə görə cərimədən əlavə 2 bal inzibati tənbeh tədbiri də müəyyən edilir.
Eyni zamanda, sürücü tərəfindən parklanma üsulunun pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yarandıqda 20 manat məbləğində cərimə nəzərdə tutulub.
Oxşar Xəbərlər:
28 iyun 2024, Cümə
Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr qəbul edilib, bəziləri isə artırılıb - Siyahı
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
04 iyun 2024, Çərşənbə axşamı
Normadan çox yüklənən avtomobillərin kameralarla cərimələnməsinə görə icraatın aparılması qaydası dəyişir