MN: Tovuz istiqamətində kəşfiyyat uçuşu edən Ermənistan PUA-sı ərazidən uzaqlaşdırılıb
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter iyulun 25-də saat 10:55 radələrində Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
Bu barədə Liderxeber.az-a Müdafiə Nazirliyindən (MN) bildirilib.
"Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının (PUA) fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb", - məlumatda qeyd olunub.
Oxşar Xəbərlər:
20 sentyabr 2023, Çərşənbə
Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus kvadrokopter ələ keçirilib