Pressa.az » Ölkə » SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

30 iyul 2024, Çərşənbə axşamı, 16:39
SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın "Eni S.p.A." şirkəti arasında enerji keçidi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

Liderxeber.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Enerji layihələri və enerji keçidi üzrə təşəbbüsləri əhatə edən əməkdaşlığa dair Anlaşma Memorandumu" enerji təhlükəsizliyinin gücləndirilməsinə və energetika sektorunda innovativ həllərin təşviqinə töhfəsini verəcək", - deyə o qeyd edib.