Pressa.az » Ölkə » Əlahiddə Ümumqoşun Ordunun komandanı nazir müavini olmayacaq

Əlahiddə Ümumqoşun Ordunun komandanı nazir müavini olmayacaq

31 iyul 2024, Çərşənbə, 16:44
Əlahiddə Ümumqoşun Ordunun komandanı nazir müavini olmayacaq

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı Müdafiə Nazirliyinin (MN) rəhbərliyi siyahısından çıxarılıb.

Bu barədə Liderxeber.az-a məlumatlı mənbədən bildirilib.

Xatırladaq ki, bir müddət əvvəl Əlahiddə Ümumqoşun Ordunun sabiq komandanı general-polkovnik Kərəm Mustafayev vəzifəsindən azad edilib.

Qeyd edək ki, bundan əvvəl nazirliyin strukturuna əsasən Əlahiddə Ümumqoşun Ordunun komandanı müdafiə nazirinin müavini vəzifəsini tuturdu.