Pressa.az » Ölkə » FHN: Xəzərdə gəmidə yanğının söndürülməsi tədbirləri davam edir, heyət üzvləri təxliyə olunub

FHN: Xəzərdə gəmidə yanğının söndürülməsi tədbirləri davam edir, heyət üzvləri təxliyə olunub

31 iyul 2024, Çərşənbə, 18:31
FHN: Xəzərdə gəmidə yanğının söndürülməsi tədbirləri davam edir, heyət üzvləri təxliyə olunub

Xəbər verildiyi kimi, Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verib və həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub.

Liderxeber.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək. Həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub.

"CASPİAN CHALLENGER" gəmisi vasitəsilə 40 nəfər təxliyə edilib. Hadisə baş verən gəmidə olan şəxslər digər gəmi vasitəsilə təxliyə edilib. Gəminin mexanikinin və başqa bir nəfərin də yanıq xəsarətləri aldığı bildirilir.