Pressa.az » Ölkə » Söyüdlüdə tullantı anbarının genişləndirilməsi üçün hökumətdən icazə alınıb

Söyüdlüdə tullantı anbarının genişləndirilməsi üçün hökumətdən icazə alınıb

06 avqust 2024, Çərşənbə axşamı, 11:46
Söyüdlüdə tullantı anbarının genişləndirilməsi üçün hökumətdən icazə alınıb

Azərbaycanda qızıl, mis və gümüş istehsalçısı "Anglo Asian Mining"in törəmə şirkəti "Azerbaijan International Mining Company Limited" ("AIMC") Gədəbəydə tullantı anbarının genişləndirilməsi üçün Azərbaycan hökumətindən icazə alıb.

Liderxeber.az xəbər verir ki, bunu şirkətin baş icraçı direktoru Rza Vəziri deyib.

O bildirib ki, avqustun 5-də Azərbaycan hökumətindən mövcud tullantı bəndinin divarını qaldırmaq üçün icazə alınıb. Tikintinin bütün sağlamlıq və təhlükəsizlik tələblərinə cavab verəcəyi də təsdiqlənib. Tullantı bəndinin divarının artırılması işlərinə tezliklə başlanılacaq.

R. Vəziri onu da əlavə edib ki, təxminən bir həftə ərzində yenidən tam hasilata başlamağı planlaşdırırlar.

Qeyd edək ki, ötən il iyulun 14-də Azərbaycanın Baş naziri Əli Əsədovun qərarı ilə şirkətin Söyüdlü qızıl mədənində fəaliyyəti müvəqqəti olaraq dayandırılıb və "Anglo Asian Mining"in fəaliyyətinin ətraf mühitə təsirinin monitorinqi aparılıb.

Xatırladaq ki, "Anglo Asian Mining" şirkəti 21 avqust 1997-ci ildə imzalanmış hasilatın pay bölgüsü çərçivəsində Azərbaycanda qızıl hasilatını həyata keçirir. Müqavilə üzrə Azərbaycanın payı 51 faiz, Britaniya şirkətinin payı 49 faiz təşkil edir.