Ağdam Sənaye Parkında yeni istehsal sahəsi yaradılır
“Xtra Plast” MMC-yə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
Liderxeber.az agentliyə istinadən xəbər verir ki, müəssisədə plastik tara istehsalı həyata keçiriləcək.
İnvestisiya dəyəri 3,8 milyon manat olan müəssisədə 20 nəfər işlə təmin ediləcək.
İstehsal olunan məhsulların daxili bazara satılması nəzərdə tutulur.
Oxşar Xəbərlər:
17 may 2024, Cümə
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar
23 oktyabr 2023, Bazar ertəsi
Dövlət başçısı “Novus Plastica” MMC-nin müəssisəsinin açılışında iştirak edib