“Durovu kiminsə məsləhəti əsasında saxlayıblar”
“Fransa rəhbərliyi teleqramın təsisçisi Pavel Durovu kiminsə məsləhəti əsasında saxlayıb”.
Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, sahibkarın saxlanılmasında məqsəd şifrələmə kodlarını əldə etmək cəhdləridir: “Fransızların addımı teleqram messencerinin həqiqətən etibarlı və populyar olduğunu sübut edir”.
Xatırladaq ki, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin açıqlamasında “Pavel Durovun həbsinin arxasında Vaşinqton dayanır” deyə qeyd edib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
03 iyun 2024, Bazar ertəsi
Makronun avantürası – fransızlar Ukraynaya ordu göndərilməsinə qarşıdırlar - ŞƏRH