Pressa.az » Ölkə » Rejissoru vurub qaçan 3 nəfər tutuldu

Rejissoru vurub qaçan 3 nəfər tutuldu

30 avqust 2024, Cümə, 11:19
Rejissoru vurub qaçan 3 nəfər tutuldu

Paytaxtın Nəsimi rayonunda rejissor Elvin Adıgözəli velosipedlə vurub qaçan şəxslər saxlanılıb.

Bu barədə Liderxeber.az-a DİN-in Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, avqustun 25-i axşam saatlarında E.Adıgözələ qarşı hüquqazidd hərəkətlər edən E.Əsgərov, C.İsmayılov və Q.Abdullayev polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıblar.

Fakt üzrə Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində rejissorun qolu sınıb, dizləri əzilib və çoxsaylı xəsarətlər alıb.

E.Adıgözəl hadisəni törədənlərin təcili yardım çağırmaq əvəzinə oradan qaçdıqlarını bildirib. O, xəstəxanaya getmək üçün özü taksi çağırmalı olub.