Bakıda SOCAR-ın müəssisəsində yanğın məhdudlaşdırılıb, alovun evlərə keçməsinin qarşısı alınıb
Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən məhdudlaşdırılıb.
FHN-in Mətbuat xidmətindən Liderxeber.az-a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Qeyd edilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub. İndiyədək 1 nəfərə yerində tibbi yardım göstərilib. Təcili tibbi yardım briqadaları hadisə yerindədir.