Pressa.az » Ölkə » Bu gün parlament seçkiləri ilə bağlı səsvermə günüdür

Bu gün parlament seçkiləri ilə bağlı səsvermə günüdür

01 sentyabr 2024, Bazar günü, 00:52
Bu gün parlament seçkiləri ilə bağlı səsvermə günüdür

Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Liderxeber.az xəbər verir ki, seçkilərdə 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək.

Səsvermə saat 08:00-da başlayıb 19:00-da yekunlaşacaq.

125 deputat mandatı uğrunda ümumilikdə 990 namizəd mübarizə aparır.

Həmçinin Milli Məclisə seçkilər Azərbaycanın bütün suveren ərazilərində ilk dəfə keçiriləcək.