TBMM-in üzvü: Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan parlamentinin yeni tərkibinin daha böyük nailiyyətlər qazanacağına inanıram
Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan parlamentinin yeni tərkibinin daha böyük nailiyyətlər qazanacağına inanıram.
Liderxeber.az xəbər verir ki, bunu Asiya Parlament Assambleyasının (APA) İcraedici Şurasının sədri, TBMM-in üzvü Abdulkadir Emin Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı sentyabrın 2-də təşkil olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, seçkilər dinc şəraitdə baş tutub: "Azərbaycanda keçirilən parlament seçkilərində demokratiklik olduğunu müşahidə etdik. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni parlamentinin daha böyük nailiyyətlərə imza atacağına inanıram. Gələcək illərdə də Türkiyə və Azərbaycan arasında münasibətlərin daha da inkişaf edəcəyinə ümidvarıq".