Pressa.az » Ölkə » Yaşayış binasında yanğın, sakinlər təxliyə edildi

Yaşayış binasında yanğın, sakinlər təxliyə edildi

03 sentyabr 2024, Çərşənbə axşamı, 12:14
Yaşayış binasında yanğın, sakinlər təxliyə edildi

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib.

Liderxeber.az xəbər verir ki, hadisə şəhərin 28 May küçəsindəki binaların birində qeydə alınıb.

İlkin məlumata görə, yanğın zamanı ikiotaqlı mənzilin mətbəx hissəsi yanıb. Hadisə nəticəsində binada yaşayan təxminən 35 nəfər sakin təxliyə edilib.

Əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndərənləri cəlb olunub.

Yanğın qısa müddətə söndürülüb.