Pressa.az » Ölkə » Fazil Mustafanın son vəziyyəti açıqlanıb

Fazil Mustafanın son vəziyyəti açıqlanıb

29 mart 2023, Çərşənbə, 10:40
Fazil Mustafanın son vəziyyəti açıqlanıb

Fazil Mustafanın səhhəti normaldır, ağrıları yoxdur.

Bunu açıqlamasında Fazil Mustafanın ailə üzvləri məlumat verib.

Bildirilib ki, əməliyyat normal keçib, hazırda millət vəkilinin vəziyyəti yaxşıdır, müalicəsi davam edir.

Xatırladaq ki, ötən gün Sabunçu rayon Zabrat qəsəbəsində millət vəkili Fazil Mustada evinin qarşısında silahlı hücuma məruz qalıb.“Kalaşnikov” avtomatından çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə Kliniki Tibbi Mərkəzdə yerləşdirilib.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.