Pressa.az » Ölkə » Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq

Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq

09 sentyabr 2024, Bazar ertəsi, 09:33
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq

Sentyabrın 9-u gündüz və 10-da bölgələrdə küləkli hava şəraiti gözlənilir.

Liderxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.

Sarı xəbərdarlığa uyğun olaraq Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustanda fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.