Pressa.az » Ölkə » Bakının cənub girişi bağlandı

Bakının cənub girişi bağlandı

09 sentyabr 2024, Bazar ertəsi, 09:40
Bakının cənub girişi bağlandı

Qaradağ rayonu, “Lökbatan” dairəsi, mərkəz istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.

DİN-in mətbuat xidmətindən Liderxeber.az-a bildirilib ki, buna səbəb həmin istiqamətdə aparılan təmir işləridir.

Qeyd edək ki, Bakıya cənub istiqamətindən yeganə giriş Lökbatan dairəsindən başlayır. Beləliklə, ölkənin əksər rayon və şəhərlərindən, eləcə də paytaxtın Qaradağ rayonundan şəhərin mərkəz istiqamətinə giriş Kənar Dairəvi yol ilə təşkil edilir.