Noyabrda bağçalar işləyəcək?
“Noyabr ayında Azərbaycanda keçiriləcək COP29 tədbiri müddətində bağçaların fəaliyyəti ilə bağlı yanaşmamız ondan ibarətdir ki, həmin təhsil müəssisələri işləsin. Çünki çalışan analar üçün bağça önəmlidir”.
Liderxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, bu səbəbdən də bağçalar həmin ərəfədə fəaliyyətini davam etdirəcək: “Sadəcə xüsusi hallarda ümumi prosesdə bu fəaliyyət üçün hər hansı problem yaradacağı təqdirdə müdaxilə oluna bilər. Çünki normalda bağçalarda məcburi davamiyyət yoxdur. Misal olaraq, adətən valideynlər məzuniyyətə gedirsə, övladlarını özləri ilə aparır”.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
26 dekabr 2023, Çərşənbə axşamı
Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiq edilib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
25 iyun 2024, Çərşənbə axşamı
Azərbaycan universitetləri niyə beynəlxalq reytinqlərdə yer ala bilmir?