Pressa.az » Ölkə » SOCAR-ın dəniz obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib

SOCAR-ın dəniz obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib

30 mart 2023, Cümə axşamı, 10:48
SOCAR-ın dəniz obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib

Martın 30-u səhərdən aprelin 1-i axşam saatlarınadək hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəniz obyektlərində və digər müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu barədə SOCAR-dan məlumat verilib.

Bildirilib ki, istehsalat sahələrində mövcud hava şəraitində təhlükə yarada biləcək işlər mümkün qədər məhdudlaşdırılıb.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, martın 30-dan başlayaraq aprelin 1-i axşamadək ölkə ərazisində hava şəraitinin kəskin dəyişərək qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, yağıntılı olacağı, yağıntıların bir sıra ərazilərdə intensiv olacağı, şimşək çaxacağı proqnozlaşdırılır.