Pressa.az » Ölkə » Salyanın pambıq tarlalarında məhsulun 95 %-i maşınlarla yığılacaq

Salyanın pambıq tarlalarında məhsulun 95 %-i maşınlarla yığılacaq

11 sentyabr 2024, Çərşənbə, 09:17
Salyanın pambıq tarlalarında məhsulun 95 %-i maşınlarla yığılacaq

Salyanın pambıq tarlalarında məhsulun 95 faizi maşınlarla yığılacaq.

Bu barədə Liderxeber.az xəbər verir ki, Təsərrüfatı Nazirliyinin Salyan Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) bildirilib.

Məlumata görə, bu il rayonda 10 063 hektar sahədə pambıq əkilib. Əvvəlki illə müqayisədə cari il tarlalarda bol məhsul yetişdirilib.

Yığımda istifadə olunacaq müxtəlif təyinatlı texnikalar saz vəziyyətə gətirilib. Pambıq yığımında 49 maşın tarlalara çıxarılacaq. Bununla yanaşı, 136 traktor, 239 yedəkli lafetdən də istifadə olunacaq.

Hazırda pambıq kollarının yarpaqlarının tökülməsi məqsədi ilə tarlalarda defolvasiya işləri aparılır. Qısa müddətdə 313 hektar sahə dərmanlanıb.