Bakı metropoliteninin iş rejimində dəyişiklik edildi
"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdirilib. "Bakı Metropoliteni" QSC yarış təşkilatçısı "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin müraciətinə müsbət cavab verib.
Liderxeber.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Bildirilib ki, avtomobil yürüşü günlərində şəhər mərkəzində keçiriləcək kütləvi-mədəni tədbirlərə görə, sentyabrın 13-dən 14-nə və ayın 14-dən 15-nə keçən gecələr Bakı metropoliteninin iş rejimi iki saat uzadılacaq.
Şənbə və bazar günlərinə keçən gecələr metropolitenin bütün stansiyalarının qapıları gecə saat 02:00-a qədər girişə açıq olacaq. Sərnişinlər stansiyalar üzrə mənzil başına çatdırılana qədər xətlərdə qatarların hərəkəti təmin ediləcək.
Oxşar Xəbərlər:
27 yanvar 2024, Şənbə
Mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin siyahısı təsdiqlənib
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
10 sentyabr 2024, Çərşənbə axşamı
Formula-1 Azərbaycan Qran Prisinə 100-dən çox tibb işçisi təhkim olunub