Pressa.az » Ölkə » XİN-dən Bakının azad edilməsi ilə bağlı - Paylaşım

XİN-dən Bakının azad edilməsi ilə bağlı - Paylaşım

15 sentyabr 2024, Bazar günü, 10:47
XİN-dən Bakının azad edilməsi ilə bağlı - Paylaşım

Azərbaycanın Xarici İşlər Nazirliyi Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib.

Liderxeber.az xəbər verir ki, paylaşımda qeyd olunub:

“Bu gün, Bakı şəhərinin erməni daşnak-bolşevik qüvvələrinin işğalından azad edilməsindən 106 il ötür. Azərbaycan-Türkiyə qardaşlıq tarixinin səhifələrinə qızıl hərflərlə yazılan 15 sentyabr tarixində Bakının işğaldan azad edilməsi uğrunda canlarından keçən bütün qardaş və bacılarımızın əziz xatirəsini minnətdarlıqla anırıq”.