Pressa.az » Ölkə » Sevindik Hətəmov Hacıqabulun icra başçısı təyin edilib

Sevindik Hətəmov Hacıqabulun icra başçısı təyin edilib

17 sentyabr 2024, Çərşənbə axşamı, 17:27
Sevindik Hətəmov Hacıqabulun icra başçısı təyin edilib

Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Liderxeber.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Sevindik Hacağa oğlu Hətəmov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.