Pressa.az » Ölkə » DİN “Tost” maliyyə pramidası ilə bağlı araşdırmaya başlayıb

DİN “Tost” maliyyə pramidası ilə bağlı araşdırmaya başlayıb

25 sentyabr 2024, Çərşənbə, 09:55
DİN “Tost” maliyyə pramidası ilə bağlı araşdırmaya başlayıb

“Tost” maliyyə pramidası ilə bağlı araşdırma başlanıb.

Bu barədə Liderxeber.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

"İnternet resurslarında “Tost” maliyyə pramidası ilə bağlı kütləvi dələduzluq halları ilə bağlı məlumatlar yayılıb. DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində həmin maliyyə pramidası ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək", - məlumatda vurğulanıb.