Xətai rayonunda güclü yanğın başlayıb, nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub
Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın başlayıb.
Liderxeber.az xəbər verir ki, yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib: "Yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. Polis əməkdaşları ərazini mühafizə edərək təhlükəsizlik tədbirləri görür".
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
17 aprel 2023, Bazar ertəsi
"Formula 1"-in keçiriləcəyi yollar aprelin 24-dən bağlanacaq, hərəkət mayın 2-dən bərpa olunacaq