Pressa.az » Ölkə » Hacıqabul rayonunda şəhid ailələri və qazilər ziyarət olunub

Hacıqabul rayonunda şəhid ailələri və qazilər ziyarət olunub

27 sentyabr 2024, Cümə, 17:14
Hacıqabul rayonunda şəhid ailələri və qazilər ziyarət olunub

Hacıqabul Quşçuluq Şirkəti MMC və "Donor.az" saytının birgə təşkilatçılığı ilə  “27 Sentyabr Anım Günü” ərəfəsində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş döyüşçülərin ailələri ziyarət olunub. 
 
Liderxeber.az xəbər verir ki, keçirilən görüşlərdə şəhidlərin əziz xatirəsi böyük ehtiramla yad edilib, barələrində xoş təəssüratlar danışılıb. Hacıqabul Quşçuluq şirkəti adından şəhid və qazi ailələrinə sovqatlar verilib, onlara şirkət tərəfindən müxtəlif vakansiyalar təqdim edilib.  Vurğulanıb ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnəkdir. 
 
Şəhid ailələri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
 
Qeyd edək ki, Hacıqabul Quşçuluq şirkəti həyata keçirdiyi korporativ sosial məsuliyyət tədbirləri içərisində şəhid ailələri və qazilərə dəstək xüsusi yer tutur. MMC tərəfindən şəhid ailələrinin ziyarət edilməsi bundan sonra da davam etdiriləcək.