Kamran Əliyev: Azərbaycan səfirliyinə hücum edən şəxsin cəzasını alması istiqamətində danışıqlar davam edir
İranda Azərbaycan səfirliyinə hücum edən şəxsin cəzasını alması istiqamətində danışıqlar davam edir.
Liderxeber.az xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, bu, prosessual məsələdir: “İndi qarşı tərəfin qərarı təsdiqləməsi gözlənilir”.
Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Oxşar Xəbərlər:
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
30 yanvar 2024, Çərşənbə axşamı
İrandakı səfirliyimizə terror hücumunda şəhid olan Orxan Əsgərovun il mərasimi keçirilib - FOTO