Pressa.az » Ölkə » Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızla bağlı görülən işlərdə xeyli irəliləyiş əldə olunub

Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızla bağlı görülən işlərdə xeyli irəliləyiş əldə olunub

01 oktyabr 2024, Çərşənbə axşamı, 08:47
Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızla bağlı görülən işlərdə xeyli irəliləyiş əldə olunub

"Azərbaycanın Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızla əlaqədar Ermənistandan təzminat tələbi ilə bağlı qaldırdığı iddialar üzrə proseslər də beynəlxalq hüquqi çərçivədə həyata keçirilir".

Liderxeber.az xəbər verir ki, bu fikirləri Baş prokuror Kamran Əliyev bildirib.

"Burada həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə bizi təzminatdan daha çox itkin düşmüş şəxslərin taleyi maraqlandırır. Bu sahədə həm Dövlət Təhlükəsizliyi Xidməti, həm də Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının əməkdaşları ilə birgə tədbirlər həyata keçirilir. Zaman-zaman həmin itkin düşmüş şəxslərin qalıqlarının yeri müəyyən olunur, yaxınlarına təhvil verilir və adət-ənənələrə uyğun olaraq dəfn edilməsi təmin olunur. Təəssüflər olsun ki, Ermənistan tərəfi həmin kütləvi məzarlıqlarla bağlı məlumatları vermir. Ona görə də çətinliklə də olsa bu proses həyata keçirilir. Bu sahədə xeyli irəliləyiş əldə olunub".