Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda keçiriləcək COP29-da iştirak edəcək
Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi Azərbaycanın paytaxtına səfər etməyi planlaşdırdığını təsdiqləyib.
Liderxeber.az-ın BELTA-ya istinadən xəbərinə görə, bu barədə Lukaşenko Belarusun paytaxtı Minskdə Azərbaycanın Baş naziri Əli Əsədovla görüşü zamanı deyib.
Azərbaycanın baş naziri Belarus Prezidentinə Azərbaycan Prezidenti İlham Əliyevin adından Bakıda keçiriləcək COP29-da iştirak üçün dəvət məktubunu təqdim edib.
"Biz sizin şəxsi iştirakınıza xüsusi önəm veririk ki, iştirakınız bu konfransa xüsusi status verəcək", - deyə Əli Əsədov vurğulayıb.
Oxşar Xəbərlər:
17 may 2024, Cümə
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar
03 iyul 2024, Çərşənbə
Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub