Bakı-Şamaxı avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılacaq
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 11-ci kilometrindən ("Ekologiya postu") Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-cü kilometrinə qədər aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq sabah saat 06:00-dan başlayaraq Şamaxı istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə işlərin aparıldığı zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.
Liderxeber.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
"Yol bağlanmır. Sürücülərdən qeyd olunan tarixdən etibarən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
28 mart 2024, Cümə axşamı
Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rənglərinə dair tələb müəyyənləşib