Plana düşən evə verilən ödənişlə razılaşmayan sakin məhkəmə qərarı ilə mənzildən çıxarıla bilər?
Artıq bir neçə ildir ki, Bakıda yararsız və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış evlərinin sökülərək yeniləri ilə əvəz olunması prosesi aparılır.
Yaşadığı bina plana düşən bəzi vətəndaşlar onlara verilən ödənişlə razılaşsalar da, bəziləri bununla qane olmurlar. Nəticə etibarilə həmin mənzildən çıxmayan sakinə görə, binanın plana düşməsinə baxmayaraq, söküntü işlərinə başlanılmır.
Maraqlıdır, bəs görəsən, yaşadığı binanın sökülməsi üçün verilən ödənişlə razılaşmayan sakin məhkəmə qərarı ilə mənzilindən çıxarıla bilərmi?
Mövzu ilə bağlı sualları cavablandıran hüquqşünas Pərviz Hacıyev bildirib ki, bu məsələdə tərəflər arasında razılıq əldə olunmalıdır: