Pressa.az » Ölkə » Neftçalanın icra başçısı səyyar görüş keçirib

Neftçalanın icra başçısı səyyar görüş keçirib

10 oktyabr 2024, Cümə axşamı, 15:13
Neftçalanın icra başçısı səyyar görüş keçirib

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Şorkənd kənd sakinləri ilə səyyar görüş keçirib. ⠀
⠀ ⠀⠀⠀
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.
 
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
 
Cəngan kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsi çıxış edərək Şorkənd kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.
 
Çıxış edənlər "Azərbaycanın müasir şəhərsalması Heydər Əliyevin Sosial siyasətinin davamı kimi" mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və bu gün bütün sahələr üzrə  əldə olunan uğurların təməlində Ümummilli Lider Heydər Əliyev siyasətinin dayanması haqqında məlumat veriblər.
 
Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  çıxış edərək bildirib ki,  Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə respublikada şəhərsalma və memarlıq sahəsinin keyfiyyətcə yeni erasının başladığını və Ulu Öndərin bu sahədə siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkənin işğaldan azad edilən əraziləri də daxil olmaqla bütün regionlarında şəhərsalmanın planlı və sistemli aparıldığını, milli memarlığın zəngin ənənələr əsasında müasir tələblər və aparıcı beynəlxalq təcrübə nəzərə alınmaqla inkişaf etdirildiyini bildirdi.
 
RİH-in başçısı möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda  Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək,  Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi, konkret tövsiyə və tapşırıqlarını verib, Azərbaycan xalqının haqqının özünə qaytarılması və tarixi ədalətin bərpa olunması, Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi bu mövqe həm tarixçilər, həm də hüquqşünaslar qarşısında ciddi vəzifələr qoyub.
 
Neftçala RİH-in başçısı Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.
 
Səyyar qəbul zamanı vətəndaşlar kəndin mavi yanacaq və payız- qış mövsümündə odun yanacağı ilə təmin olunmasına köməklik, suvarma suyunda yaranan çətinlik və digər məsələlər ilə əlaqədar müraciətlərini səsləndiriblər. Vətəndaşların səsləndirdikləri müraciətlər ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə olunub və həllinin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib. 
 
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.