Pressa.az » Ölkə » Bir neçə əsas yolda təmirlə bağlı sürücülərə müraciət edilib

Bir neçə əsas yolda təmirlə bağlı sürücülərə müraciət edilib

11 oktyabr 2024, Cümə, 13:18
Bir neçə əsas yolda təmirlə bağlı sürücülərə müraciət edilib

Nəsimi rayonu, Rövşən Cəfərov küçəsi, metronun "20 Yanvar" stansiyası istiqamətində yaşayış binasında aparılan təmir işləri ilə əlaqədar avtobus zolağının müəyyən hissəsi qismən məhdudlaşdırılıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat verib.

Məlumatda qeyd olunub ki, bundan başqa, Nizami rayonu, Heydər Əliyev prospekti, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi, "Koroğlu" m/st istiqamətlərində yolda qısamüddətli təmir işləri aparılır.

Sürücülərdən hərəkət zamanı diqqətli olmaları tövsiyə olunur.